İQNA, İslamazeri.az-a istinadən xəbər verir ki, Toronto şəhər polisinin verdiyi məlumata görə Peterbourg-Kavarta rayonundakı “Məscid əl-Salam” məscidi 14 noyabr gecə radələrində naməlum şəxslər tərəfindən yandırılıb.
Kavarta Müsəlmanlar Dərnəyinin sədri Kenzu Abdella verdiyi açıqlamada 1994-cü ildə açılan bu ibadət yerinin ilk dəfə 11 sentyabr hadisələrindən sonra hücuma məruz qaldığını və zərərin 180 min Kanada dolları həcmində olduğunu bildirib.
Kanadanın ilk müsəlman naziri Monsef Məryəm, “polis əməkdaşları və yanğısöndürmə işçiləri hadisənin qəsdən törədildiyini açıqlayıblar. Araşdırma davam edir və mən kənardan bütün bu hadisələri izləyirəm”, - deyə açıqlama verib.