IQNA

Ərəbistanda çap səhvi olan Quran nüsxələri + Foto

14:40 - November 21, 2015
Xəbər sayı: 3455238
Beynəlxalq şöbə: Son zamanlarda Səudiyyə Ərəbistanı bazarlarında ciddi çap səhvləri olan Quran nüsxələri peyda olub.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "gulf-24.com" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, son günlərdə Səudiyyə Ərəbistanı bazarlarında ayələrin mənasını dəyişdirən ciddi çap səhvləri olan Quran-Kərim nüsxələri peyda olub ki, bu Quran nüxələrinin harada və kimin tətəfindən çap edildiyi də məlum deyil.



Bu Quran nüsxələrindən birində yazı səhvlərinə Nisa surəsinin 67-ci ayəsində - «وَإِذًا لَّآتَیْنَاهُم مِّن لَّدُنَّا أَجْرًا عَظِیمًا» yol verilib ki, «اذا» sözü “əlif” hərfi və "tənvin" işarəsi olmadan yazılıb və eləcədə müəyyənləşdirci “əlif” artiklı «أتیناهم» felinin əvvəlində yer alıb.





Həmin Quran nüsxələrində qeyd olunan səhvlərin ilk dəfə fərqinə varan ərəbistanlı ərəb dili müəllimi Abdullah Nur bununla bağlı deyib: Bu kimi səhvləri olan bir çox nüsxələr Ərəbistanın Rabeğ şəhər məscidlərindən birində var idi və məscidin imamları, habelə namaz qılanlar bu səhvlərin fərqinə varmamışdılar.



Abdullah bu tip səhvlərin əsla Qurani-Kərimdə olmamlı olduğuna işarə edərək, qeyd edib: Təhrif edilən bu nüsxələrin əsas çap mənbəyini müəyyən etmək və təhrif olunmuş Quranları müsadirə etmək lazımdır.



Ərəbistanın “Kral Əbdüləziz” Beynəlxalq Hava Limanının Nəşriyyatının baş direktoru Əbdülxaliq əl-Zəhrani bu haqda deyib: Bəzi hallarda, xarici ölkələrdəndən gətirilən və düzgün redaktə edilməyən bir sıra Quran nüsxələri gömrük idarəsində saxlanılır.



3454304

Teqlər: quran ، ərəbistan ، çap ، səhv
captcha