İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "mir`atul – bəhreyn" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Ülya Rəzi (zindanda olan inqilabçı runani Şeyx Əli Salmanın həyat yoldaşı və "əl – vifaq" cəmiyyətinin baş katibi, öz şəxsi tyuter səhifəsində elan etdi: Ali – Xəlifə rejimi rəsmiləri zindandan olan inqilabçı ruhani Şeyx Əli Salmanın 1 yaşlı qızı Saranı Bəhreyn vətəndaşlıq haqqından məhrum etdi.
Ülya Rəzi (zindanda olan inqilabçı runani Şeyx Əli Salmanın həyat yoldaşı və "əl – vifaq" cəmiyyətinin baş katibi, öz şəxsi tyuter səhifəsində yazdı: Bir yaşlı qızımız Sara atası Şeyx Əli Salmandan uzaq düşmüş və bu azmış kimi atasının zindanda olduğuna görə, Ali – Xəlifə rejimi rəsmiləri Saranı Bəhreyn vətəndaşlıq haqqından məhrum etdi.
Xanım Ülya Rəzi - "əl – vifaq" cəmiyyətinin baş katibi, əlavə etdi: Bir yaşlı qızımız Sara bəhreynli digər uşaqların olduğu acınaqcaqlı bir vəziyyətlə üzləşib. Digər uşaqlar da Sara kimi atalarının siyasi məhbus olduqları üçün Ali – Xəlifə rejimi rəsmiləri tərəfindən vətəndaşlıq hüquqlarından günahsız olaraq məhrum ediliblər.
O əlavə etdi: Ali – Xəlifə rejimi rəsmiləri onların atalarının da vətəndaşlıq hüququni siyasi fəaliyyətlərinə görə ləğv edibdir. Buna görə də uşaqlarına da vətəndaşlıq vermirlər. Bu isə heç bir qanuni dəlili olmayan beynəlxalq cinayətdir.
Qeyd edək ki, Şeyx Əli Salman Bəhreynin şiə məzhəbinə mənsub nüfuzlu din alimidir ki, Bəhreyn məhkəməsi onun haqqında 2015-ci ilin iyun ayında "zorakılığa təhrik" maddəsi ilə cinayət işi açaraq 4 il həbs qərarı vermişdir.