IQNA

İtaliyada İŞİD əleyhinə aksiyaların ismarıcı:

"Quran-Kərim radikalizm və zorakılıq əleyhinədir" + Foto

23:53 - November 22, 2015
Xəbər sayı: 3455819
Beynəlxalq şöbə: Dünən (21 noyabr 2015) günortadan sonra yüzlərlə italiyalı müsəlman vətəndaş Rum və Milan şəhərlərində aksiyalar keçirərək İŞİD əleyhinə nümayişdə iştirak etdi və Parisdəki terror hadisələrini qınadılar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əs-səfir" xəbər və informasiya portalına istinadla verdiyi xbərə görə, ciddi təhlükəsizlik tədbirləri nəzarətində keçirilən bu aksiyada İtaliya müsəlmanlarının ismarıcı İŞİD terrorist qruplaşmasına bu idi ki, "Quran radikalizm və zorakılıq əleyhinədir".



İtaliyalı müsəlmanlar bu nümayişlərədə əllərində "Quran radikalizm və zorakılıq əleyhinədir", "İslam sülh dinidir" və "Paris qurbanlarının dərdinə şərikim" plakardları tutaraq terroru lənətlədilər.



Bu nümayişlər "mənim adım ilə deyil" şüraı ilə və 130 nəfər itki vermiş Paris terror qurbanlarını bir dəqiqəlik sükutla yad etməklə başladı.



Abdullah Rizvan – Rumun İslami Mədəniyyət Mərkəzinin rəisi, bu aksiya zamanı vurğuladı: Bu aksiyaların ismarıcı kamilən aşkardır, terror hücumları müsəlmanların adına tamamlanmamalıdır və bu məsələni biz bütün dünya əhalisinin qulağına çatdırmalıyıq!



Müsəlman vətəndaşların bu addımının qarşısında Deyvid Pikardu – İtaliyanın "kaym" təşkilatının məsullarından biri də "terrorizmə yox, məscidə bəli" devizi ilə keçiriləcək "islamofobiyadan narahatçılıq" əleyinə kompaniyanın başlanmasını tələb etdi.



İslam İtaliyada katolik məsihiliyindən sonra ikinci böyük dindir. İtaliyanın milli statistika idarəsinin ən son hesabatına görə bu ölkədə 1 milyon 700 min nəfər müsəlman yaşayır.    



3455409







captcha