IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Müqəddəs Nəcəf və Kərbəla şəhərlərini birləşdirən “Ya Hüseyn!” yolu İraqın daxilindən və xaricindən gələn yüz minlərlə zəvvarla doludur. Kərbəla şəhərinədək piyada bir günlük yol olan Bağdaddan isə zəvvar dəstələri yola düşüblər, və yol boyu dünyanın müxtəlif ölkələrindən olan hüseyn sevərlər zəvvarlara xidmət göstərirlər.
İraqın baş naziri Heydər əl-Ebadi ölkədə Ərbəin gününə təsadüf edən 3 dekabr cümə axşamı gününü ölkənin bütün vilayətlərində qeyri-iş günü elan edib.
O, həmçinin çərşənbə və cümə axşamı günlərini Nəcəf, Kərbəla və Babil vilayətlərində qeyri-iş günü elan edib.
İraq Daxili İşlər Nazirliyi 35 mindən artıq təhlükəsizlik qüvvələrini Ərbəin məraasimlərinin təhlükəsizliyini təmin etmək məqsədilə səfərbər edib- habelə, 7 min xidmət qrupları zəvvarlara qida, tibbi və müalicə xidmətləri göstərməyə çalışırlar.
İraq KİV-ləri xəbər verir ki, Kərbəlaya səfər edən milyonlarla zəvvar hər-hansı aclıq, susuzluq və zəiflik hissi keçirmir. Onlar eləcədə Kərbəlada özlərini tam təhlükəsiz hiss edirlər.
Nəcəf-Kərbəla yolunda isə minlərlə zəvvarın iştirakı və İraq Elmi Hövzəsinin təşkilatçılığı ilə qılınan ən uzun camaat namazı sırası qeydə alınıb.
http://iqna.ir/fa/News/3459305