IQNA

Tehranın bələdiyyə sədri Ayətullah Sistani ilə görüşdü;

Ayətullah Sistani düşmən hücumlarının neytrallaşdırılmasından danışdı

12:50 - December 03, 2015
Xəbər sayı: 3459561
Beynəlxalq şöbə: İraqın nüfuzlu müctəhidi və şiələrin böyük təqlid mərcəsi Ayətullah Üzma Seyid Əli Sistani Tehranın bələdiyyə sədri ilə görüşündə düşmənlərin İraq və Suriyaya qarşı hücumlarının neytrallaşdırılması məsələsinə toxundu, ƏRBƏİN mərasimində xidmətlərdən və İslam dünyasının problemlərindən danışıdı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Fars xəbər agentliyi"nə istinadla verdiyi xəbərə görə, İraqın nüfuzlu müctəhidi və şiələrin böyük təqlid mərcəsi Ayətullah Üzma Seyid Əli Sistani dünən (03 dekabr 2015-ci il) Nəcəf şəhərində Tehran Böyük Bələdiyyəsinin sədri Məhəmməd Baqir Qalibafla keçirdiyi görüşdə düşmənlərin "Taliban", "Əl-Qaidə"  və İŞİD kimi qrupları yaratmaq və ya İraq və Suriya kimi ölkələri zəiflətmək hədəflərinə işarə edərək, düşmənlərin şiələrə zərbə vurmağa çalışdığını və bunun qarşısının alınmasının zəruri olduğunu qeyd edib.



İraqın nüfuzlu müctəhidi və şiələrin böyük təqlid mərcəsi Ayətullah Üzma Seyid Əli Sistani İraq və Suriya məsələsini islam dünyasının məsələsi və beynəlxalq bir məsələ kimi qiymətləndirərək, Tehran Bələdiyyəsinə Ərbəin mərasiminin daha yaxşı keçirilməsi üçün verdiyi dəstəyə görə təşəkkür edib.



Görüşdə Tehran Böyük Bələdiyyəsinin sədri Məhəmməd Baqir də Tehran Bələdiyyəsinin verdiyi xidmətlər və keçirdiyi fəaliyyətlər haqqında hesabatı təqdim edib.



3459427

Teqlər: İraq ، terhan ، nəfəc ، sistani ، qalibaf ، Ərbəin
captcha