İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "stepfeed" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Hollandiyaya məxsus "youtube" sosial şəbəkəsində "This is normal" (bu təbiidir) adı ilə fəaliyyət göstərən bir profayl sahibinin "Quran-Kərim təcrübəsi" adı ilə yayımladığı videoçarxda bir daha göstərdi ki, insanların İslama baxşışı quru nifrət və təəssübkeşlik əsasındadır. Bu videoçarxda Quran-Kərimin üstündə bir İncil qoyulub və İncilin müxtəlif hissələri yoldan keçənləri üçün oxunur. Sonra yoldan ötənlərdən Quran, İslam və onların məsihilik və incil ilə fərqləri soruşulur. İnsanlar incildən müxtəlif hissələri dinlədikdən sonra bunların Quranda yazıldığını güman edərək tez başlayırlar İslam və müsəlmanları tənqid və təhqir etməyə. Quran ayələrinin İncil ilə müqayisəsini istədikdə isə onların tənqidləri bir az da şiddətlənir. Bundan sonra isə onlara bu sözlərin İncildən oxunduğu deyilində isə onlar bundan yerlərində donaraq, dediklərindən xəcalət çəkdikləri üzlərində hiss olunur. Onlardan biri bunu dildikdə dedi: Mən həmişə çalışmışam ki, təəssübkeş olmayım, amma deyəsən olmuşam!