IQNA

Əl-Əzhərin alimi Quranın şərab haqqında hökmünü təhrif edir

13:08 - December 10, 2015
Xəbər sayı: 3461925
Beynəlxalq şöbə: Bundan öncə "Quran məstliyi haram bilir, şərabı deyil" fətvası ilə gündəmə gələn Əl-Əzhərin misirli alimi Mustafa Raşid yenə də əcib-qərib, Peyğəmbər sünnəsinə və Quran-Kərimə zidd olan bir fətva ilə gündəmə gəlib. O öz yeni fətvasında iddia edib ki, Quran-Kərim "şərab" (spirtli içki) içməyi açıq və aşkar şəkildə haram etməyib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "fətva qapısı" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Bundan öncə "Quran məstliyi haram bilir, şərabı deyil" fətvası ilə gündəmə gələn Əl-Əzhərin misirli alimi Mustafa Raşid – (hal-hazırda Avstraliyanın Sidney şəhər məscidinin xətibi), yenə də əcib-qərib, Peyğəmbər sünnəsinə və Quran-Kərimə zidd olan bir fətva ilə gündəmə gəlib. O öz yeni fətvasında iddia edib ki, İslam dini və Quran-Kərimin ayələri "şərab" (spirtli içki) içməyi açıq və aşkar şəkildə haram etməyib.

Əl-Əzhərin misirli alimi Mustafa Raşid "Əl-Həyat" peyk TV kanalının "Xülasətul-Kəlam" proqramında dedi: Quran-Kərimdə və İslam dinində "şərab" və məstedici içkilər içənlər üçün açıq-aşkar və konkret bir cəza və hökm müəyyən edilməyib. Allah-Taala buyurub ki, məstedici içkilər (şürbul-xəmr) içmək günahdır və insanları bu növ içkilərdən uzaqlaşmağa dəvət edib, amma bunları haram saymamışdır. Buna görə də dini mətnlər insanlar üçün izah edilməlidir.

Qeyd edək ki, Mustafa Raşidin bu iddiaları İslam dinin və Quran-Kərimin aşkar hökmləri və ayələrinin ziddinədir və o bu iddia ilə Quran ayələrinin ziddinə danışmışdır. Çünki Allah-Taala Quran-Kərimdə çox aydın şəkildə buyurur:

 

یا أَیُّهَا الَّذینَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَ الْمَیْسِرُ وَ الْأَنْصابُ وَ الْأَزْلامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّیْطانِ فَاجْتَنِبُوهُ لَعَلَّکُمْ تُفْلِحُونَ - إِنَّما یُریدُ الشَّیطانُ أَن یُوقِعَ بَینَکُمُ العَداوَةَ وَ الْبَغضاءَ فِی الخَمرِ وَ الْمَیْسِرِ وَ یَصُدَّکُمْ عَن ذِکرِ اللَّهِ وَ عَنِ الصَّلاةِ فَهَل أَنتُم مُنْتَهُونَ

 

 
"Ey iman gətirənlər, həqiqətən "xəmr" (şərab və bütün məstedici içkilər), qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız" - Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?" – (Maidə/90-91).

Bundan əlavə dünyada heç bir din şərabın halal olduğunu deməmişdir. Hansı dində və məzhəbdə məstedici içki halal sayılıbsa, bu o dinin təhrif olunmasının aşkar dəlilidir. İmam Rza (ə) buyurur: ما بعث الله نبیا الا بتحریم الخمر – Allah-Taala məbus etdiyi bütün Peyğəmbərlərin şəriətində "şərab"ı (məstedici içki) haram etmişdir.

Həmçinin qeyd etmək lazımdır ki, İlahi hökmlərdə insanların zərər-ziyan və faydaları və məsləhətləri nəzərə alınmışdır ki, məstedici içkilərdə insan üçün zərərdən başqa heç bir şey yoxdur.

Qeyd edək ki, bu cür fətvalar verməkdə "usta" olan Mustafa Raşidi bunda öncə də hicabın İslamda vacib olmadığını iddia etmiş və donuz əti nəcis deyildir demişdi.

3461896 - 2615315 - 2616310

Teqlər: quran ، İslam ، içki ، haram ، məst ، Mustafa ، raşid
captcha