IQNA

İrəvanın tarixi Göy məscidinin idarəsi İrana həvalə olundu

23:55 - December 13, 2015
Xəbər sayı: 3462785
Beynəlxalq şöbə: İran İslam Respublikası İrəvanın tarixi məscidi olan Göy məscidin idarəsini 99 il müddətində öz öhdəsinə götürdü.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İran İslam Respublikası İrəvanın tarixi məscidi olan və Qacarlar sülaləsi dövründə tikilmiş Göy məscidin idarəsini 99 il müddətində öz öhdəsinə götürdü. Bu barədə yaxın zamanlarda Ermənistan Mədəniyyət Nazirliyi və İran İslam Respublikasının İrəvandakı Mədəniyyət İdarəsində razılıq imza olunacaqdır.  



Ermənistanın mədəniyyət naziri Hasmik Buğusyanın dediyinə görə, İran İslam Respublikası bu məscidin binasından Mədəniyyət Mərkəzi kimi istifadə edəcəkdir.



Göy məscidin və ətraf sahələrin malikiyyəti Ermənistan dövlətinin ixtiyarında olacaqdır. Bu məscid Ermənistanın tarixi və mədəniyyət əsərləri siyahısına daxildir.



İrəvanın Göy məscidi 1375 və 1379-cu hicri-şəmsi illərində Təbriz ustaları tərəfindən İran Mədəniyyət Mirası Təşkilatının himayəsi ilə tikilmişdir.



Bu tarixi mədəniyyət binası İrəvan şəhərində yerləşən təkcə mədrəsə və məsciddir ki, 1179-cu hicri-qəməri ilində (1764-65 miladi) Hüseynəli Xan İrəvani tərəfindən bünövrəsi qoyulmuşdur.  



Məhəmməd Həsən Talibyan – İİR-nın Mədəni İrs Nazirliyinin müavini, bu yaxınlarda demişdi ki, İran memarları və tikinti mütəxəssisləri İrəvanın tarixi Göy məscidini təmir etmək üçün Ermənistana ezam olunacaqlar.



İİR-nın Mədəni İrs Nazirliyinin müavini Məhəmməd Həsən Talibyan bu 250 illik tarixi binanın barəsində dedi: İrəvanın tarixi Göy məscidi binanın daxilinin nəm çəkmədiyinə və yaxşı baxılmadığına görə, müxtəlif zədələr almışdır ki, ciddi təmirə ehtiyacı vardı.  



http://iqna.ir/fa/News/3462054

Teqlər: göy ، məscid ، irəvan ، ermənistan
captcha