IQNA

Ayətullah Məkarim Şirazi Azərbaycanda baş verən son olaylardan danışıb

9:47 - December 14, 2015
Xəbər sayı: 3462895
Tehran(IQNA) - Ayətullah Məkarim Şirazi, “İslam ölkələrinin sabitliyi, rifahı və təhlükəsizliyi bizim də istəyimizdir və öz növbəmizdə bu yolda heç bir səyi əsirgəmirik” deyib.

IQNA - Ayətullah Məkarim Şirazi bazar günü bəyanat yayaraq, Azərbaycan hökumətinə bu ölkə xalqının dini hüquqlarına hörmət etməyi, dini ayinlərin keçirilməsinə şərait yaratmasını, dindarlara isə haqqlarının bərpası üçün yalnız hüquqi yollardan istifadə etməyi tövsiyə edib.
 

Ayətullah Məkarim Şirazi öz bəyanatında son günlər təhlükəsizlik qüvvələri ilə dindarlar arasında çıxan toqquşmada bir qrup dindarın həlak olması və yaralanmasından söz açaraq bunları dilə gətirib: "Dini məsələlərlə bağlı məhdudiyyətlərin tətbiq edilməsi xalq etirazlarının bəzən toqquşmalar və gərginliyin artmasına səbəb ola bilər."
 

Bu bəyanatda deyilir: İslam ölkələrinin sabitliyi, rifahı və təhlükəsizliyi bizim də istəyimizdir və öz növbəmizdə bu yolda heç bir səyi əsirgəmirik.
 

Bu təqlid mərcəyi həmçinin öz bəyanatında Azərbaycan xalqından istəyib ki, öz dini və məntiqli tələblərini mümkün olduğu qədər qanun çərçivəsində və sivil yollarla izləsinlər.
 

Ayətullah Məkarim Şirazi öz bəyanatında həmçinin deyib: Bu gün region ölkələrinin təkfirçilər və beynəlxalq sionizm təhlükəsi ilə üzləşdiyi bir vaxtda hamı öz enerjisini bu təhdidlər ilə üzləşməyə səfərbər etməlidir.

İslamazeri.az

captcha