IQNA

Mərakeş "Quran dialoqunu anlama prinsipləri" beynəlxalq toplantısına ev sahibliyi edəcək

22:31 - December 14, 2015
Xəbər sayı: 3463197
Beynəlxalq şöbə: "Quran təfsiri və dialoqunu anlama prinsipləri" beynəlxalq toplantısı cari ilin Dekabr ayının 26 və 27-də Mərakeşin Tutvan şəhərində keçiriləcəkdir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "jadid press" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Mərakeşin "Məhəmmədiyyə Alimləri Birliyi"nin nəzdində fəaliyyət göstərən "İbn Əbi Rəbi əl-Bəsti" adıan dilçilik araşdırmaları mərkəzi və Tutvan Ədəbiyyat Universiteti "Ədəbiyyat və yazınişanələri" araşdırmalar qrupunun həmkarlığı ilə "Quran təfsiri və dialoqunu anlama prinsipləri" beynəlxalq toplantısı cari ilin Dekabr ayının 26 və 27-də Mərakeşin Tutvan şəhərində iki gün müddətində keçiriləcəkdir.



Mərakeşdə keçiriləcək "Quran təfsiri və dialoqunu anlama prinsipləri" beynəlxalq toplantısı Ərəb dilinin "nəhv və sərf" (dil qrammatikası), "bəlağət" və "lüğət" elmləri qaydalarına əsasən Quran-Kərimin doğru qiraət, təfsir və anlanılması əsaslarını və həmçinin Quran-Kərimin doğru təvil və təfsiri dialoqunu hazırlamaq hədəfi ilə keçirilir. İştirakçılar çalışacaqlar ki, ərəb dünyasının elmi səthinə əsasən Quran-Kərimin təfsir və mənasını anlmaq üçün əsas və ümumi suallara cavab versinlər.



Toplantıda "Quranın əsas terminologiyası", "qrammatikanın Quranın ecazkarlığında rolu" və "dil dəyişkənliyinnin Quranın dərkində təsiri" kimi mövzular müzakirə olunacaqdır.  



3462588

Teqlər: quran ، mərakeş ، toplantı ، dil ، sərf ، nəhv
captcha