IQNA

Misrin "sava radio"sunun soğrularına əsasən;

Ayətullah Üzma Seyyid Sistani 2015-ci ilin ən nüfuzlu və təsirli adamı olaraq seçildi

9:40 - December 26, 2015
Xəbər sayı: 3469301
Beynəlxalq şöbə: Misrin "Sava Radio"su apardığı ictimai sorğunun nəticələrini açıqlayıb ki, bu xəbərə əsasən İraqın Nəcəf şəhərində yaşayan Ayətullah Üzma Seyyid Əli Sistani həzrətləri 2015-ci ilin ən nüfuzlu və təsirli adamı olaraq seçilib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "rəsa" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Misrin "Sava Radio"su cari ayın 24-də apardığı ictimai sorğunun nəticələrini açıqlayıb ki, bu xəbərə əsasən İraqın Nəcəf şəhərində yaşayan Ayətullah Üzma Seyyid Əli Sistani həzrətləri 2015-ci ilin ən nüfuzlu və təsirli adamı olaraq seçilib.



Cari ilin dekabr ayının 17-dən 23-dək 218 min nəfərin arasında keçirilən bu ictimai sorğunun nəticələri göstərib ki, şiə aləmin ali məqamlı mərcəsi və İraq şiələrinin ali dini lideri İraqın Nəcəf şəhərində yaşayan Ayətullah Üzma Seyyid Əli Sistani həzrətləri səslərin 54.13 faizini qazanaraq 2015-ci ilin ən nüfuzlu və təsirli adamı olaraq seçilib.



Bu xəbərə görə sorğuda iştirak edənlər 118 min nəfəri şiə aləmin ali məqamlı mərcəsi və İraqın Nəcəf şəhərində yaşayan Ayətullah Üzma Seyyid Əli Sistani həzrətlərinə səs veriblər.



Yəmən müsəlmanlarının və Husilərin rəhbəri Əbdül-Məlik Husi isə 45866 nəfərin səsi qazanaraq 21.01 faiz rəy çoxluğu ilə ikinci yerdədir.



Bəhreyn şiələrinin müqavimət hərəkatının lideri və "əl-vifaq İslam cəmiyyəti"nin baş katibi Şeyx Əli Salman isə səslərin 11.15 faizini özünə aid etmişdir.



Qeyd edək ki, "sawa radio"su 2002-ci ildən Misrdə, amma Amerika konqresinin büdcəsi hesabına yayımlanır.     



3469078

Teqlər: sistani ، seyid ، əli ، İraq ، nəcəf
captcha