IQNA, Maide.az-a istinadla xəbər verir ki, Şeyx Zəkzaki və bir neçə nəfər onun yaxınları məhkəmə zalına gətirilib. Onlara qarşı ittihamlar səsləndirilib və daha sonra onlar yenidən həbsxanaya aparılıb.
Şeyx Zəkzakinin vəkillə təmin edilməsi və ya onun ittihamlara cavab verib –verməməsi haqqında məlumat yoxdur.
Məhkəmənin ikinci iclasının haçan keçiriləcəyi vaxt da açıqlanmayıb.
Qeyd edək ki, Nigeriya ordusu dekabrın 13-də şiə lideri Şeyx
Zəkzakinin evinə hücum edib və onu həbs edib. Şeyx Zəkzakinin həbsi
zaman onlarla insan həlak olub. Həmçinin Nigeriya ordusu Şeyx Zəkzakinin
evinə hücum etməmişdən bir gün öncə Bəqiyyətullah hüseyniyyəsinə hücum
edib. Ordu iddia edir ki, guya hüseyniyyədə olan şəxslər Ordu
generalının karvanına hücum edib. Məlumatlara görə, hücum zamanı
100-lərlə insan öldürülüb. İslami İnsan Haqları Komissiyası Nigeriyada
öldürülən əhli-beyt (ə) tərəfdarlarının sayının 1000 nəfərdən çox
olduğunu bildirib. Bir çox beynəlxalq insan haqları təşkilatları bu
qətliamı pisləyiblər.