IQNA

Tiflisdə "Ədalət və Sülh Quran və Dinlərdə" toplantısı keçidildi

12:12 - January 02, 2016
Xəbər sayı: 3480017
Tahran, 2 Yanvar 2016 - Gürcüstanın Tiflis şəhərində mübarək vəhdət həftəsi və əziz İslam Peyğəmbərinin (s) mövludu münasibətilə "Ədalət və Sülh Quran və Dinlərdə" toplantısı və Quran-Kərimin Gürcü dilinə tərcüməsinin açılış mərasimi keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Gürcüstanın Tiflis şəhərinin Ambasidor hotelində mübarək vəhdət həftəsi və əziz İslam Peyğəmbərinin (s) mövludu münasibətilə "Ədalət və Sülh Quran və Dinlərdə" toplantısı və Quran-Kərimin Gürcü dilinə tərcüməsinin açılış mərasimi keçirildi. Toplantıda İranın Gürcüstandakı Mədəniyyət Mərkəzinin rəisi Müctəba Kamranfərd, Dinlər İdarəsinin rəisi Zaza Vaşaqmadze, Gürcüstan Müsəlmanlar idarəsinin şeyxul-islamı Ramin İgidov, Gürcüstan rəsmiləri və digər dinlərin dümayəndələri iştirak ediblər.

Gürcüatan Dinlər İdarəsinin rəisi Zaza Vaşaqmadze bu toplantıda dedi: Gürcüstan dövləti həmişə çalışmışdır ki, müxtəlif dinlərin davamçıları üçün dinin ayinlərin icrasına görə münasib və münbit şərait yaradılsın. Bu arada müsəlmanlar Gürcüstanda dini azlıqlar arasında çoxluq təşkil etdikləri üçün dövlət onlara xüsusi əhəmiyyət verir.

O əlavə etdi: Gürcüstan tarix boyunca bütün dinlərin davamçıları üçün təhlükəsiz və münasib yaşayış yeri olmuşdur. Müsəlmanlar bu ölkədə həmişə sülh və dostluqla yaşamışlar.

Toplantdıa İran İslam Respublikasının Tiflisdəki Mədəniyyət Mərkəzinin rəisi Müctəba Kamranfərd çıxış edib, Quran-Kərimim Gürcü və Azəri dillərinə tərcümə edilərək müsəlmanlar arasında yayılmasının əhəməiyyətindən danışıb və Həzrət İsa (ə) və Həzrət Məhəmmədin (ə) mövludları münasibətilə təbrik deyib.

captcha