İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "sətur əl-ixbariyyə" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İraqın Babil əyalətinin yerli mənbələri xəbər yayaraq elan ediblər ki, dünən səhər vaxtı (4 Yanvar 2016), İraqın Babil əyalətində eyni zamanda 4 məsciddə partlayış baş verib.
Məlumatda deyilir ki, gecə vaxtı silahlı və hərbiçiyə oxşar qruplar İraqınn cənubunda yerləşən Babil əyalətində eyni zamanda 4 məscidə hücum edərək bu ibadət ocaqlarını partladıblar.
Yerli mənbələrin iddiasına görə, bu məscidə olunan hücumların hədəfi ərəbistanlı şiə ruhani Şeyx Nimr Bariq Nimrin edam olunmasına reaksiya vermək olub.
Bu mənbə yazır: Dünən dan yeri sökülən zaman silahlı və hərbiçiyə oxşar qruplar İraqınn cənubunda yerləşən Babil əyalətinin mərkəzi olan Hillə şəhərinin şimalında Sincar kəndində Əl-Fəth məscidi, həmin şəhərin şimalında adı qeyd olunmayan digər bir məscid, Əl-Əsiryyə məscidi, Hillə şəhərinin Bəkirli regionunda yerləşən Əmmar bin Yasir məscidinə hücum edərək yandırmışlar və partlayıcı maddələrdən istifadə edərək partladıblar. Hər 4 məscid partlayışdan sonra yerlə yeksan olmuş, qonşu evlərə də zərərlər dəymişdir.
Patlayışdan sonra İraqın təhlükəsizlik qüvvələri fövqəladə iş rejiminə keçərək qüvvələrini Babil əyalətində məscidlər olan ərazilərdə mərkəzləşdiriblər ki, ehtimal olunan hər bir zorakılığın qarşısını vaxtında ala bilsinlər.