IQNA, Maide.az-a istinadən məlumat verir ki,tədbir Rıza Cəfərinin Quran oxuması ilə açıq elan edildi. Daha sonra Soğanlıq kənd məscidinin axundu Rahid Kərimov söhbətinə başladı.
O bildirdiki:”Gürcüstan vətəndaşı olaraq öz vətənimizə adil şəxslərik.Yaxın zamanda sizdə şahid oldunuz ki təkfirçi vəhabi qurupları vətənimiz Gürcüstanda Xilafət qurmaq niyyəti ilə ölkəni təhdid etdi.Biz müsəlmanlar ölkəmizdə bu yad təkfirci fikirləri qınayır və ölkədə tarixdən gələn müsəlman xristiyan dostluğunu davam etməsini arzu edirik.