İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "the sun chronicle" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Masaçust əyalətinin "Attleboro" şəhərinin kitabxanası müsəlmanlar və digər dinlərin davamçıları arasında səmini rabitə, görüş və əlaqə yaratmaq hədəfi ilə Quran-Kərimin müxtəlif dövrlərə aid olan əlyazma və çap nüsxələri sərgisini düzənləyib.
"Quran-Kərimə qısa baxış; qədim tarix, modern dünya və elektronika əsri" adı ilən qurulan sərgi keçən həftə ərzində tamaşaçılar və Quranla maraqlananlar tərəfindən maraqla qarşılanıb.
Licna Aymala – sərginin keçirilməsinin himayəçisi, deyib: Ümum insanların və xüsusilə də qeyri-müsəlmanların Quran-Kərimlə tanışdıqlarının az olduğu və bəzilərinin hətta ömründə bir dəfə də Quran oxumadıqları və hətta Quranı yaxından belə görmədikləri üçün bu sərgi Quran-Kərim haqqında ümumi məlumatların, agahlığın və mütaliənin çoxalması məqsədi ilə düzənlənmişdir. Bunun üçün isə ümumi universitet adlanan kitabxanadan yaxşı yer ola bilməzdi. Quran-Kərimin gözəl dini təlimləri vardır və dünyada ən çox oxunan kitablardan biridir.
O dedi: Son zamanlar bu kitab yanlış fikirlərə görə cahil insanlar tərəfindən hücumlara məruz qalmışdır. Buna görə də insanları dəvət etmişik ki, bu sərgidə Quran-Kərimlə qısa da olsa yaxından tanış olsunlar. Bu sərginin haşiyəsində bu məqsədlə "Quran-Kərimin sülh mesajı" və "İŞİD-in dayandırılması böhranı" adlı iki elmi toplantı da keçiriləcəkdir.
Qeyd edək ki, Quranın qədim əlyazma nüsxələri, çap növləri və elktron versiyalarının və Quranla bağlı proqramların sərgiləndiyi bu sərgi 3 həftə davam edəcəkdir.
http://iqna.ir/fa/news/3466468