IQNA

Londonda Ayətullah Nimrə həsr edilən anım mərasimi

13:52 - January 12, 2016
Xəbər sayı: 3480055
Tahran, 12 Yanvar 2016 - Bütün dünyada Səudiyyə Ərəbistan Əhli-Beyt (ə) tərəfdarlarının rəhbəri Şəhid Şeyx Nimrə həsr edilən etiraz aksiyaları, mitinq və yürüşlər, eləcə də anım mərasimləri davam etməkdədir.

IQNA, Maide.az-a istinadla xəbər verir ki, belə mərasimlərdən biri də Londonda İngiltərə İslami Mərkəzinin ofisində təşkil edilib.

Mərasimdə, din xadimləri, alimlər, İslami Mərkəzlərin rəhbərləri və əhali iştirak ediblər.

Mərasimdə çıxış edənlər Səudiyyə Ərəbistanı törətdiyi bu cinayətə görə tənqid ediblər. Bu cinayəti pisləyiblər və Səudiyyə rejiminin şiə və sünnilər arsında ixtilaf yaratdığını vurğulayıblar. Şəhid Nimrin insan haqlarını qoruduğu və ədalətin bərqərar olmasını istədiyi üçün şəhid edildiyini bildiriblər.

Mərasimdə çıxış edənlər həmdə insan haqları müdafiəçiliyi iddiasında olan Qərb ölkələrini Səudiyyə rejiminin bu cinayətinin üzərindən sakitcə keçməsini pisləyiblər onların iki üzlü olduqlarını vurğulayıblar.

captcha