IQNA

Vəhabi müftisinin Quran animasiyaları haqqında məntiqsiz fətvası!

0:30 - January 17, 2016
Xəbər sayı: 3480065
Tehran, 17.01.2016 – Şeyx Əbdül-Əziz Ali-Şeyx uşaqlar üçün Quran animasiyaları barədə verdiyi növbəti məntiqsiz fətvası ilə yenə də gündəmə gəldi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "newnevvs.com" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, öz maraqlı və həm də axmaq və məntiqsiz fətvaları ilə tanınmış vəhabi müftisi Şeyx Əbdül-Əziz Ali-Şeyx bu dəfə uşaqlar üçün hazırlanmış Quran animasiyaları barədə verdiyi növbəti məntiqsiz fətvası ilə yenə də gündəmə gəldi. 

O, peyk TV-ləri ilə yayımlanan proqramlardan birində dedi: Quranı uşaqlar asan dərk etsinlər deyə Quran dastanları əsasında hazırlanmış animasiya verilişlər bəyənilməyən bir işdir və Quranın şəninə uyğun deyildir.

Ərəbistanın "Əl-Məcd" peyk TV proqramında həftəlik verlişində bu fikri səsləndirən vəhabi müftisi Şeyx Əbdül-Əziz Ali-Şeyx (Ərəbistanın Böyük Alimlər Şurasının sədri) fətvasını heç bir mətniqi və elmi dəlilə əsaslandırmadan təkcə and içməklə kifayətlənib: "Allaha and olsun ki, Qurana layiq deyil!"

Şeyx Əbdül-Əziz Ali-Şeyx (Ərəbistanın Böyük Alimlər Şurasının sədri) əlavə edib: Quran dastanlarını animasiya etmək və musiqi fonunda uşaqlar üçün danışmağın heç bir fayda və mənfəti yoxdur.

Qedy edək ki, vəhabi müftisinin əksinə olaraq İslam tədqiqatçıları və bir çox din alimləri Quran maarifini və dini məfhumları yeni texnologiyadan istifadə edərək uşaqlar üçün asandərkli bir hala gətirməyin zəruriliyini vurğulayırlar.   

http://iqna.ir/fa/news/3467621


 

Teqlər: quran ، vəhabi ، animasiya ، ali-şeyx
captcha