IQNA

İsrail məscidlərdən azanın səsini kəsmək istəyir

10:20 - January 18, 2016
Xəbər sayı: 3480070
Tehran, 18. 01. 2016 - Sionist rejim məscidlərdə azanın səsləndirilməsini qadağan etmək niyyətindədir.

IQNA-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Sionist İsrailin baş baziri Benyamin Netanyahu bildirib.

O məscidlərin səsyüksəldicilə azan səslərinin yayılmasına toxunaraq deyib:

"Məscidin yaxınlığında yaşayan ərəblərin özü belə bu səsdən əziyyət çəkirlər. Səslə bağlı qanunları tezliklə icra edəcəyik. Buna razı ola bilmərəm. Heç bir dində insanları narahat etməyə icazə verilməyib. Bu cür məsələlər ərəb və Avropa ölkələrində görünmür."

Xatırladaq ki, İsraildə dəfələrlə azan qadağasıyla bağlı müzakirələrə siyasətçilər etiraz ediblər.

captcha