İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli sakinlər məlumat veriblər.
"İŞİD terrorçuları tərəfindən bu gün Deyr-əz-Zorda, əl-Baqiliyədə dəhşətli qətliam törədilib: 280 nəfər öldürülüb. Onlar arasında qadınlar, uşaqlar və qocalar var. Onların öldürülməsi Suriya ordusu ilə əməkdaşlıqla əsaslandırılıb.”, - agentlik məlumat verib.