IQNA

Səudiyyə yeni bombaladı: 33 ölü, 9 yaralı

9:40 - January 19, 2016
Xəbər sayı: 3480075
Tehran, 19. 01. 2016 - Səud rejimninin başçılıq etdiyi koalisiya qüvvələri yenidən fərari prezident Mənsur Hadini hakimiyyətə gətirmək məqsədi ilə Yəmənin bombardman edib.

IQNA - Bu dəfə bombardman edilən ərazi paytaxt Sənanın polis idarəsi olub. Bombardman nəticəsində33 nəfər ölüb.

Maide.az xəbər verir ki, yerli mənbələr daha 9 nəfərin də xəsarət aldığını deyir.

Qeyd edək ki, ötən ilin martından Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəməndə xalq inqilabına qarşı hərbi əməliyyat keçirir.

captcha