IQNA

Bəhreyndə “Azad cümə” aksiyası keçiriləcək

15:43 - January 29, 2016
Xəbər sayı: 3480104
Tehran, 29.01.2016 – 14 fevral inqilabının cavanlarının dəvəti ilə təşkil olunacaq bu aksiya 2011-ci ilin fevral ayının 14-də qələbə qazanan inqilabın il dönümünə hazırlaşma hədəfi daşıyır.

IQNA-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Aksiyanın həmçinin, Şeyx Nimrin edam hökmünə etiraz olaraq təşkil olunması da bildirilib.

Qeyd edək ki, Bəhreyn rejimi çox sayda kral əleyhinə olan bəhreynlini həbsxanalarda ən çətin şərtlərləsaxlayır. Hətta bəzi dustaqlara hər gün işkəncə verilmə halları da baş verməkdədir. Etirazçılar bu və bu kimi məsələləri gündəmə gətirmək üçün aksiyalar təşkil etməkdədirlər. Bəhreyn polisi etirazları yatırmaq üçün hətta zəhərli maddələrdən də istifadə etdiyi önə çəkilir.Hazırda Bəhreyn rejimi Əhlibeyt haqqında təbliğat vasitələrinin qadağasını gücləndirmək üçün əlindən gələn addımları atmaqdadır.

captcha