Tehran, 11.02.2016 – BMT-nin baş katibinin müavini Cefri Feldman 100 ölkədən 30 min insanın İŞİD-ə qoşulduğunu bildirib.
IQNA-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, O bu haqda: "İŞİD-in yeni qüvvələri cəzb etmək üçün səyləri davam etməkdədir.
Bu səylər xüsusən cavanlara təsir göstərir. Belə olan halda, İŞİD-in Qərbdə, şimali Afrikada, Orta Şərqdə və Asiyanın cənubunda artması bizi nigaran edir. Ban Ki Mun bu təhlükə müqabilində bir olmağımızı məsləhət görür”, - deyə bildirib.