IQNA

Azərbaycanlı şiə ruhaninin məhkəməsi təxirə salındı

23:32 - February 20, 2016
Xəbər sayı: 3480200
Tehran, 20.02.2016 – Həbsdə olan azərbaycanlı şiə ruhani Tale Bağırovun vəkili media ilə müsahibəsində bildirib ki, müvəkkilinin məhkəməsi yenə də təxirə salındı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Qafqaz Mədəniyyət Mərkəzinin informasiya portalına istinadla verdiyi xəbərə görə, barəsində həbs qətimkan tədbiri seçilmiş "Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırovun Nəsimi Rayon Məhkəməsinə verdiyi şikayət üzrə fevralın 19-da keçirilməli olan məhkəmə təxirə salınıb. Bu barədə T. Bağırovun vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, Nəsimi Rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında verdiyi şikayət üzrə bu günə təxirə salınmış iclas Taleh Bağırovun məhkəməyə gətirilməməsi səbəbindən təxirə salınıb.

Qeyd edək ki, C. Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, T. Bağırov noyabrın 26-da Bakının Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Əməliyyat zamanı 2-i polis olmaqla 7 nəfər öldürülüb. Bunadan əlavə Azərbaycan respublikasının zindanlarında səthi bəhanələr ilə 150-dən çox dinə meyilli insan məhbusdur ki, onları 18 nəfəri ruhanidir.

http://iqna.ir/fa/news/3476897


captcha