İQNA-nın "ara.reuters.com" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Bosniya və Herseqovina hakimiyyət orqanları elan ediblər ki, ölkənin İslami Birliklər Təşkilatının nəzdinə fəaliyyət göstərən, amma Milli İslam Təşkilatının tutduğu orta yola tabe olmayan ifratçı, radikal və ekstremist dini təşkilat və mərkəzlər polis tərəfindən qapadılacaqdır.
Bosniya və Herseqovina hakimiyyət orqanları elan edib: Ölkə polisi onlarla ifratçı, radikal və ekstremist dini təşkilat və mərkəzləri Bosniyanın Milli İslam Təşkilatının tutduğu orta yola tabe olmadıqları və ölkənin cavanlarını Suriya və digər yerlərdə terror qruplaşmalarına qoşulmağa təşviq etdikləri üçün ləğv edəcəkdir.
Bosniya və Herseqovina hakimiyyətinin milli təhlükəsizlik naziri Draqan Məktiç bu badərə dedi: Ölkənin bütün dini təşkilatları paytaxt Sarayev şəhərində yerləşən rəsmi Milli İslam Mərkəzinə tabe olmalıdırlar. Bu mərkəzə tabe olmayıb, radikal fəaliyyətlər göstərənlər tezliklə bağlanacaqdır.
Qeyd edək ki, məlum savaşdan sonra müxtəlif dinlərin davamçıları sülh şəraitində yaşayan bu ölkədə radikal cərəyanlar baş qaldırmış və hazırda Bosniyadan Suriya və İraqda 150 nəfər terroristlərə qoşulmuş radikal vəhabi vardır ki, onların 30 nəfəri döyüşlər zamanı həlak olmuş və 50 nəfəri isə ölkəyə qayıtmışdır.
Xəbərlərdə deyilir ki, Hüseyn Kavazviç – Bosniyalı müsəlmanların müfitisi, keçən həftə internet vasitəsilə ölüm ilə hədələnmişdir.
http://iqna.ir/fa/news/3478681