IQNA

Quran-Kərimin Nur Dağından videoçarx;

Pakistan dağlarında Quranın əlyazma nüsxələrinin təmiri və pərpası

23:09 - March 05, 2016
Xəbər sayı: 3480255
Tehran, 05.03.2016 – Pakistanın Bəluçistan əyalətinin xeyriyyə təşkilatlarından biri Quran-Kərimin əlyazma nüsxələrinin təmiri, bərpası və qorunması üçün dağda yer hazırlayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Bəluçistan əyalətinin xeyriyyə təşkilatlarından biri Quran-Kərimin beş milyon kisə zədələnmiş əlyazma nüsxələrinin təmiri, bərpası və qorunması üçün Pakistanın qərində Əfqanıstan sərhədlərində yerləşən Bəluçistan əyalətində "Quran-Kərimin Nur Dağı" adlı dağda yer hazırlayıblar. Bu təşkilat insanların da şəxsi Quran nüsxələrini təmir edib özlərinə qaytarırlar.

Qeyd edək ki, bu işi öhdəsinə götürən xeyriyyə cəmiyyətinin də adı həmin dağdan götürülərək "Nur Xeyriyyə Cəmiyyəti"dir.

Dağa "Quran Kərimin Nur dağı” adı verilməsi isə ona görədir ki, dağın içərisindəki tunel və mağaralarda milyonlarla nüsxə restavrasiya olunmuş Quran nüsxəsi saxlanılır.

Tunellər müsəlman könüllülərin əlləri ilə dağın içərisində qazılıb və uzunluğu təqribən 5 kilometrdir.

Quran Kərimin Nur Dağı layihəsinin məsul şəxslərindən Hacı Müzəffər Əli deyib ki, bu tunellərdə Quranın qədim nüsxələri ilə dolu ən az 5 milyon kisə saxlanılır. Lakin yüzlərlə kisədə dağın ətrafındakı təpələrdə saxlanılır və onların da yerləşdirilməsi üçün çalışırıq.

Müzəffər Əli bildirib ki, könüllülər günün çox saatını Quranları restavrasiya etmək və cildləməklə məşğul olurlar. Bəzi vaxtlar ziyan görmüş səhifələri yeniləri ilə dəyişmək məcburiyyətinə qalırlar. Belə olduqda ziyan görmüş vərəqlərin üzərində yazılmış ayələrin hörmətini saxlamaq üçün onları böyük kisələrin içərisinə doldurub həmin tunellərdə saxlayırlar.

Onun sözlərinə görə, bu qədim Quran nüsxələri Pakistanının bütün bölgələrindən, İran, Suriya və Türkiyədən gətirilir. Quranlar restavrasiya edildikdən sonra pulsuz olaraq müsəlmanlar arasında paylanılır.

Müzəffər Əli deyib ki, çox vaxt restavrasiya olunan Quranları bu dağa baxış keçirtmək üçün müxtəlif bölgələrdən gələn müsəlmanlara paylanılır və bu dağda saxlanılan qədim Quran nüsxələrinin bəzisinin tarixi 600 il öncəyə kimi çatır.

Bu barədə videoya aşağıdakı linkdə baxa bilərsiniz:


quran

http://iqna.ir/fa/news/3480550


captcha