İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Malaziyanın
"bernama" xəbər agentliyinin xəbər və informasiya portalına istinadla
verdiyi xəbərə görə, Cənubi Taylandın cənubunda 300 ildən çox tarixə malik olan
Quran-Kərimin bir neçə qədim əlyazma nüsxəsi və digər qədim əlyazma kitablar kəşf
edilib. Bu mühüm tapıntı müsəlmanların dəyərli və qiymətli xəzinəsidir.
Taylandın Narativat şəhərinin hələ iki il öncədən
qədim əlyazma nüsxələr toplama məntəqəsinə çevirilmiş "Samanmit
vitaya" mədrəsəsinin müdiri Məhəmməd Lütfinin verdiyi xəbərə görə, Quran-Kərimin
və digər İslami kitabların qədim əlyazma nüsxələrinin toplanması layihəsinə
start verilmişdir. Bu layihə çərçivəsində şəhər və kəndlərdə sıravi vətəndaşların
evlərində olan qədim əlyazma nüsxələr də toplanacaqdır.
Məhəmməd Lütfi dedi: Bu qədim Quran nüsxələri
bizə ulu babalarımızdan irs olaraq çatmışdır və bəziləri də Yəmən, Ərəbistan və
İndenoziya kimi ölkələrdən gətirilmişdir.
Lütfi dedi: Bu Quranlardan biri milad tarixi ilə
1634-cü ildə yazılmışdır və Yəməndən ölkəmiziə gətirilmişdir.
Onun dediyinə görə, bu Quran nüsxələrinin bəziləri
yaxşı vəziyyətdədir və bəzilərinin ciddi və təcili təmirə ehtiyacı vardır. Bu
nüsxələrdən 74 ədədi türkiyəli mütəxəssislərin əli ilə təmir edilmişdir və 29 ədədi
isə təmir edilmək üzərədirlər. Belə nüxələrin təmiri səkkiz aydan bir ilədək
zaman alır.
Lütfi dedi: Tayland dövləti Türkiyə ilə birlikdə
Quran nüsxələri üçün muzey təsis etmək fikrindədir və ümid edirik ki, bu muzey
gələcəkdə İslami İrsin İnkişafı mərkəzlərindən birinə çeviriləcəkdir.