IQNA

Sidney beynəlxalq Quran yarışlarına evsahibliyi edəcək

23:20 - March 28, 2016
Xəbər sayı: 3480297
Tehran, 28.03.2016 – Avstraliyanın Sidney şəhəri cari ilin Ramazan ayında keçiriləcək beynəlxalq Quran-Kərim yarışlarına evsahibliyi edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "aiqc.com.au" informasiya portalına istinadla verdiyi xəbərə görə, Avstraliyanın Sidney şəhərində Ramazan ayında beynəlxalq Quran müsabiqəsi təşkil olunacaq.

Avstraliya Beynəlxalq Quran müsabiqəsində iştirakçılar Qurani Kərimin hifzi (əzbərlənməsi) və peşəkar qiraəti üzrə yarışacaq. Yarışlar Quran-Kərimin kamil hifzi, 15 cüzinin hifzi, 5 cüzinin hifzi, 2 cüzinin hifzi və düzgün Qiraət üsulları üzrə keçiriləcəkdir.

Sidneyin beynəlxalq Quran-Kərim müsabiqəsinə qatılmaq istəyənlər cari ilin iyun ayının 24 -ə kimi qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, Avstraliya Beynəlxalq Quran müsabiqəsinin keçirilməsi ilk dəfə 2012-ci ildə müzakirə mövzusu oldu və 2014-cü ilin Ramazan ayında keçirildi.

Quran yarışları Avstraliya və Yeni Zelandiya müsəlmanlarının Quran hifzi və qirətinə marağını artırmaq, Avstraliya və bu ölkənin ətraf ölkələrində Quran tilavəti və hifzi üzrə yeni istedadlı şəxsləri tapmaq və onlara Quran qiraəti qaydalarını düzgün öyrətmək məqsədi ilə təşkil olunub.

Avstraliyada təqribən 500 min nəfər müsəlman yaşayır ki, bu ölkənin 5% cəmiyyətini təşkil edirlər.

http://iqna.ir/fa/news/3484746


Teqlər: iqna ، quran ، sidney
captcha