IQNA

PEGİDA İslamofob hərəkatının təsisçisi həbs edildi

19:02 - April 19, 2016
Xəbər sayı: 3480344
Tehran, 19.04.2016 - PEGİDA "islamofob" hərəkatının təsisçilərindən biri xariciləri "zibil" və "heyvan" adlandırdığı üçün Almaniyanın Derzden şəhərində "təhrik" ittihamı ilə mühakimə olunacaqdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, PEGİDA "islamofob" hərəkatının təsisçilərindən biri xariciləri "zibil" və "heyvan" adlandırdığı üçün Almaniyanın şərqində Derzden şəhərində "təhrik" ittihamı ilə mühakimə olunacaqdır.

Lutez Baxmen "Facebook" sosial şəbəkəsində ki, öz şəxsi səhifəsindən istifadə edərək insanları iqrçiliyə təşviq etmiş və qarşı tərəfləri, miqrant və müsəlmanları təhrik edən söyüşlərdən istifadə etmişdi.

Buna görə də tutuqlanmış və bu gün Derzdenin məhkəmə salonuna gətirilərək mühakiməsinə start verilmidşir. Onun məhkəməsi May ayının 10-dək davam edəcəkdir.

Neonazilikdə müttəhim olunan Lutez Baxmen barədə açılan irqçilik və təhrik ittiham işi isbat olunursa, onu 5 ildən əbədi məhkumluğa qədər həbs həyatı gözləyir.

Derzden şəhər məhkəməsi deyib ki, Lutez Baxmen 2014-cü ildən başlayaraq sosial şəbəkədə bu cür mesajlar paylaşaraq almanları miqrantların əleyhinə təhrik etmək istəyib.

PEGİDA anti-İslam və sağçı qrupu keçən il boyunca dəfələrlə mitinqlər və toplantılar keçirmiş və Almaniya və Avropada insanları miqrantların, xüsusilə də müsəlmanların əleyhinə təhrik etmişlər və Angela Merkelin açıqqapı siyasətlərinə etiraz ediblər.

Bundan öncə isə Baxmen Lutez sosial şəbəkədə öz şəkilini Hitlerə oxşadaraq paylaşmışdı və ümumi kütlənin etirazına səbəb olmuş və buna görə də Pegidanın idarəçiliyindən çölə atılmışdı.

Qeyd edək ki, PEGİDA (avropalı vətənsevənlər qərbin islamlaşması əleyhinə) İslamofob hərəkatı 2014-cü ilin Oktyabr ayında Almaniyanın şərqində Derzden şəhərində yaradılmışdır. Və elə o zamanda da bu hərəkat hər həftənin birinci günü gecəsi həmin şəhərdə aksiyalara keçirirlər. Onlar miqrantlar əleyhinə çətin qanunların qoyulmasını istəyirlər.

http://iqna.ir/fa/news/3490329


Teqlər: iqna ، pegida ، irqçilik
captcha