İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk tv kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Almaniya çarpı olan qəzetlərdən bir yazıb ki, Almaniyanın parlament nümayəndələrindən biri olan Aleksandr Rizvan dini ayinlərinin icrasının qarşılığında müsəlmanlardan vergi yığılması təklifini irəli sürüb.
Bundan öncə də Almaniya Məsihilərinin İctimai Birliyi partiyasının baş katibi Andiryas Şuveyr təklif etmişdi ki, məscidlərə xaricdən maddi yardım göstərilməsi qadağan edilsin və Protestant və Katoliklərin kilsələrindən alındığı kimi məscidlərdən də vergi yığılsın.
Səudiyyə Ərəbistanı son illərdə Avropanın böyük ölkələrində məscid adı ilə mərkəzlər yaradaraq heç bir İslami məzhəb ilə uzlaşmayan sələfi və vəhabilik təfəkkürünün yayılması üçün çoxlu pul xərcləyib. Və Avropa rəsmiləri bu qitədə baş verən son terror hadisələrindən sonra bu məsələdən narahatdırlar və təkfirçiliklə mübarizə etmək fikrinə düşüblər.
Qeyd edək ki, hazırda miqrantları çıxmaq şərti ilə Almaniyada 4 milyon müsəlman yaşayır ki, bu ölkənin 5%-ni təşkil edirlər. Müsəlmanların isə 75% Əhl-Sünnə, 7%-i Şiə və 13%-i Ələvidirlər.
Almaniyada 147 məscid və 2500 namazxana mövcuddur.
http://iqna.ir/fa/news/3490837