İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk Tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, BƏƏ-də nəşr edilən "24” qəzeti Ali - Şeyxi odun içərisinə süqut astanasında əks etdirən karikaturanı dərc edib.
Karikaturanın şərhində ərəbistanlı dini təbliğatçı Əbdüləzizi Ət – Tərifinin həbs edilməsinə toxunulur.
Qeyd edək ki, onun həbs ediməsi xəbəri ilk dəfə olaraq sosial şəbəkələrdə yayımlandı.
O açıq şəkildə Şəriət Polisinin səlahiyyət və fəaliyyətlərini məhdudlaşdırmaqla bağlı qərara və addıma etiraz etməsinin ardından "göz altına” alınıb.
Karikatura nəşr edildikdən sonra Ərəbistan tərəfi bunu özünə təhqir sayaraq BƏƏ aidiyyati informasiya orqanlarından rəsmi üzr istəməsini tələb edib.
"24” qəzetinin redaksiyası bildirib ki, skandala səbəb olan karikaturanı öz səhfələrində dərc etməklə əslində bəzi şeyxlərin Ali Alimlər Heyəti və Ərəbistanın tanınmış müftilərinə yönəli təhrikamiz addımları tənqid etmək istəyiblər.
Əl - Cəzairin tanınmış yazıçı – publisisti Süleyman Əl - Hənnaki bu barədə deyir: "Daha dəqiq baxsaq, Ali - Şeyxin müftisi onları atəşə tərəf çəkir. Təhqirlərin çoxu Misir, BƏƏ və sayir mütəfiqlərin KİV – ndə baş verir”.
Karikaturada Ərəbistan müftisi uçuruma və od çalasına doğru gedir, Səudiyyə Ərəbistanı alimlərindən üçü də gözü bağlı onun arxasınca hərəkət edirlər.
http://iqna.ir/fa/news/3491918