IQNA

Bəşər Əsəd:

Terrorizm siyasi oyunların bir hissəsinə çevrilib

10:16 - April 26, 2016
Xəbər sayı: 3480375
Tehran, 26.04.2016 – Suriya prezidenti Bəşər Əsəd terrorizm siyasi oyunların bir hissəsinə çevrildiyini açıqlayıb.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) İslamazeri.az-a istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd bildirib ki, bu gün terrorizm lokal bir hadisə yox, siyasi oyunun bir parçasıdır.

"Terrorizm arıtq lokal deyil, artıq o, öz qərarlarında müstəqil olmağı seçmiş ölkələrin zəiflədilməsinə yönəldilmiş siyasi oyunun bir parçasıdır.”, – deyə Əsəd bildirib.

Bununla yanaşı Bəşəd Əsəd qeyd edib ki, suriyalılar "öz vətənlərini qorumaq mübarizəsinə” davam edirlər və ölkədəki vəziyyət yaxşılaşıb.

captcha