İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "muraken nyuz" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İslam dini ilə tanış olmaq istəyən bir qrup almaniyalı Almaniya Milli İslam Cəmiyyətinin (İGMG) başçılığı ilə Koln şəhərindəki məscidləri ziyarət etdilər.
Bu ziyarət müddətində almaniyalılar məscidlərdə olan müsəlmanlardan İslam dininin müxtəlif sahələri və baxışları barədə, o cümlədən İslam Peyğəmbərinin (s) şəxsiyyəti və qarşıdan gələn mübarək Ramazan ayı barədə suallar soruşdular.
Koln məscidlərinin Məscid Birlikləri məsulu və əlaqələndirmə iclasının üzvü Əlu İsən bu proqramın keyfiyyətli icrası yönündə məscidləri ziyarətə gəlmiş almanları isti qarşıladı və İslam dini ilə yaxından tanış olmağa vaxt ayırdıqları üçün onlara təşəkkür etdi.
Əli İsən - Koln məscidlərinin Məscid Birlikləri məsulu və əlaqələndirmə iclasının üzvü, Almaniya və Avropda islamofobiyanın genişlənməsi barədə nigarançılığını izhar edərək dedi: Bəzi irqçi və ifratçı qruplar İslam dini və müsəlmanlar barədə insafsızlıq edir və onları zalimcəsinə hədəfə alırlar.
Koln məscidlərinin Məscid Birlikləri məsulu və əlaqələndirmə iclasının üzvü bu görüşün sonunda məscidləri ziyarətə gəlmiş almanlara vədə verdi ki, əgər insanlar İslam dini barədə həqiqi və doğru təsəvvürə malik olsalar, mütləq müsəlmanlar barədə fərqli fikirdə olacaqlar.
Qeyd edək ki, qərbdə İslam dini əleyhinə müxtəlif vasitələrlə təbliğ edilməsinə və KİV-lərdə İŞİD kimiləri müsəlman kimi tanıtmalarına baxmayaraq ümid olunur ki, gələn on il ərzində müsəlmanların sayı daha da artsın. Necəki Amerikanın tədqiqat idarələrinin birinin yaydığı hesabatda bildirilir ki, İslam dini Vaşinqtonda dinlər arasında ən tez və sürətli yayılan dindir.
http://iqna.ir/fa/news/3492289