IQNA

Bəhreynli aksiyaçılar Şeyx Salmanın azadlığını tələb etdilər

10:57 - April 30, 2016
Xəbər sayı: 3480392
Tehran, 30.04.2016 – Bəhreyn xalqı Mənamədə aksiya təşkil edərək xalq inqilabçılarının zalim rejimə qarşı tanınmış rəhbəri Şeyx Əli Salmanın və digər siyasi məhbusların azadlığını tələb etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Press Tv" peyk tv kanalının xəbər və informasiya portalına istinalda verdiyi xəbərə görə, Bəhreyn xalqı dünən, Cümə günü, Cümə namazından sonra Bəhreynin paytaxtı Mənamənin qərbində əd-Diraz məntəqəsində aksiya təşkil edərək xiyabanlara axışdılar və xalq inqilabçılarının zalim rejimə qarşı tanınmış rəhbəri, həmçinin Əl-Vifaq hərəkatının baş katibi Şeyx Əli Salmanın və digər siyasi məhbusların azadlığını tələb etdilər.

Aksiyaçılar əllərində Şeyx Salmanın şəkillərini, Bəhreynin milli bayrağını və üzərinə şüarlar yazılmış plakatlar almış və xalq inqilabçılarının zalim rejimə qarşı tanınmış rəhbəri, həmçinin Əl-Vifaq hərəkatının baş katibi Şeyx Əli Salmanın və digər siyasi məhbusların Ali-Xəlifə zindanlarından tez bir zamanda azad olunmasını tələb edən şüarlar səsləndirirdilər.

Əl-Vifaq hərəkatının baş katibi Şeyx Salman 2014-cü ilin 28 Dekabırında guya xarici qüvvələrin sifarişi ilə zalim Ali-Xəlifə rejimini devirmək istəyi ittihamı ilə suçlanaraq həbs edilmişdir. Əl-Vifaq hərəkatı və Şeyx Salman bu ittihamı dəfələrlə rədd ediblər.

Həmçinin 2015-ci ilin yayında Şeyx Salmanı ölkənin baş nazirini təhqir etmək və digərlərini rejimə qarşı təhrik etmək ittihamı ilə də suçladılar. Şeyx Salman bu məhkəmədə rejimi devirmək ittihamından xilas ola bilsə də bu uydurma ittiham ilə 4 il azadlıqdan məhrum olundu.

Qeyd edək ki, Ali-Xəlifə rejimi keçən il 1883 nəfəri aksiyalarda iştirak etdikləri üçün həbs etmişdir.

Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejiminə qarşı dinc etirazların şahididir. Bu rejim qüvvələri səudiyyə hərbçilərinin dəstəyi ilə etiraz aksiyalarını repressiya edirlər.

http://iqna.ir/fa/news/3493176



captcha