IQNA

İnsan haqları aktivistləri tələb etdilər:

Nigeriyada öldürülmüş şiələrin qəbirləri açılsın

15:49 - April 30, 2016
Xəbər sayı: 3480394
Tehran, 30.04.2016 – İnsan haqları aktivistləri tələb edirlər ki, keçən ilin Dekabr ayında Nigeriya dövlət qoşunları tərəfindən qətliam edən şiələrin dəstəcəmi basdırıldıqları qəbirlər açılsın.

Nigeriyada öldürülmüş şiələrin qəbirləri açılsınİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Press Tv peyk kanalına istinadla verdiyi xəbərə görə, İnsan haqları aktivistləri tələb edirlər ki, keçən ilin Dekabr ayında Nigeriya dövlət qoşunları tərəfindən qətliam edən şiələrin dəstəcəmi basdırıldıqları qəbirlər açılsın ki, ölənlərin dəqiq sayı məlum olsun.

Nigeriyanın şimalında yerləşən və məlum qətliamın törədildiyi Kaduna şəhər sakinləri dövlətin ölənlər barədə verdiyi hesabatı rədd ediblər. Onlar deyirlər ki, bu faciəli hadisə yerində sadə bir tədqiqat işi dövlətin bu barədə verdiyi hesabatın yalan və ya doğruluğunu çox asanlıqla aşkar edəcəkdir.

Nigeriya qoşunlarının əsgərləri keçən ilin Dekabr ayında Zariya şəhərində şiələrin məzhəbi mərasimlərinə hücum edərək yüzlərlə şiəni qətliam etdilər. Onlar bu qəddarlıqlarına belə bəhanə gətirdilər ki, guya bu şiələr qoşun başçısının getdiyi yolda pusqu quraraq onu terror etmək istəyirmişlər.

Nigeriya qoşunları hadisədən bir gün sonra şiələrin ölkə lideri Şeyx İbrahim Zəkzakinin evinə hücum edərək həbs etdilər və bu hücumda da yüzlərlə şiəni öldürdülər.

İnsan haqları aktivistləri deyirlər ki, əldə olunan şahid və dəlillər göstərir ki, Nigeriya qoşunları şiələrə aid yüzlərlə cəsədi gizli dəstəcəmi qəbirlərdə dəfn ediblər.

Dövlət qoşunları bu qəbirlərdə təkcə 347 nəfərin basdırıldığını desə də şahidlər deyirlər ki, ölənlərin sayı bundan çox olub. Çünki cəsədləri dəfn etmək üçün ən azı 6 ədəd maşın gəlib və bu zaman yolları da bağlayıblar. Cəsədlərin dəfni isə 5 saat zaman alıb, bu isə göstərir ki, cəsədlərin sayı göstərilən rəqəmdən çoxdur.

http://iqna.ir/fa/news/3493164


captcha