IQNA

İstambulda məscid imamların ilk beynəlxalq toplantısı

6:44 - May 01, 2016
Xəbər sayı: 3480396
Tehran, 01.05.2016 – Məscid xətibləri və imamlarının ilk beynəlxalq toplantısı Mart ayının son iki günündə Türkiyənin İstambul şəhərində keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "gulfeyes.net" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Mart ayının 29-da öz işinə başlayan məscid xətibləri və imamlarının ilk beynəlxalq toplantısı dünən, 30.04.2016-cı il tarixində Türkiyənin İstambul şəhərində öz işini sona çatdırıb.

Bu toplantı "Dünya İslam Birliyi"nin nəzdində fəaliyyət göstərən Dünya Məscidlər Birliyinin təşəbbüsü və İslam dünyasının qeyri-hökumət təşkilatları birliyinin həmkarlığı ilə keçirilib.

"Məscid İmamları və Xətiblərinin radikalizm, ğülüvv, təkfirçilik və terrorizmlə mübarizədə rolu" adı ilə keçirilən toplantının məqsədi məscid imamlarının ğülüvv, radikalizm, təkfirçilik və terrorizmlə mübarizədə ifa edə biləcəyi rolu açıqlamaq olub.

Əhməd Bahəmam – Dünya Məscidlər Birliyinin baş katibi, açıqlayıb: Bu toplantının məqsədi məscid imamlarının İslam dini və ümməti qarşısında vəzifəsini, eləcə də ğülüvv, radikalizm, təkfirçilik və terrorizmlə mübarizədə vəzifəsi və ifa edə biləcəyi rolu araşdırmaqdır.

O əlavə etdi: Məscid imamları və xətiblərinin vəzifəsidir ki, İslam ümmətinə inhirafi əqidələrin, terrorizm, radikalizm, ğülüvv və təkfirçiliyin müsəlmanlar üçün təhlükələri haqqında məlumatlar versinlər və insanları bu yöndə maarifləndirsinlər.

Əhməd Bahəmam – Dünya Məscidlər Birliyinin baş katibi, etdi: Bu toplantının digər hədəfi məscid xətib və imamlarının özlərində orta xətti tutmaq təfəkkürünü gücləndirmək, onların bir-birləri ilə əlaqələrini möhkəmləndirmək və imamların təcrüblərini bir-biri ilə bölüşdürməkdir.

Bu toplantıda "camaat imamlarının İslam dini və ümməti qarşısında dini vəfizəsi", "Məscid İmamları və Xətiblərinin radikalizm, ğülüvv, təkfirçilik və terrorizmlə mübarizədə rolu", "insanların zehnində müsəlmanlar və İslamdan müsbət obrazın yaradılması yolları", "cihad və təkfir kimi terminlərin doğru məfhumunun açıqlanması" və "təkfirçilik ilə mübarizənin yolları" kimi mövzular müzakirə edilib.

http://iqna.ir/fa/news/3493343


captcha