IQNA

İŞİD növbəti dəfə kimyəvi silahdan istifadə etdi

12:02 - May 02, 2016
Xəbər sayı: 3480402
Tehran, 02.05.2016 – İŞİD terrorçu qruplaşmasının İraqın şimalında yenidən kimyəvi silahdan istifadə etdiyi bildirilir.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews-a istinadla verdiyi xəbərə görə, İraqın Kürdistan bölgəsinin peşmərgə komandirlərindən Robin Rojbiyani verdiyi açıqlamada qeyd edib ki, İŞİD Mosulun şimalında Xazer bölgəsindəki peşmərgə qüvvələrinə kimyəvi silahla hücum edib.

 Kimyəvi silah nəticəsində peşmərgə döyüşçülərinin nəfəs almaq problemi yaşadığı vurğulanıb.

 Qeyd edək ki, İŞİD terrorçu qruplaşması bundan əvvəl də Suriya və İraqda dəfələrlə kimyəvi silahdan istifadə edib.

 

Teqlər: İŞİd ، kimyasal silah
captcha