Tehran, 03.05.2016 – Müsəlman xanım onun hicabına təcavüz edən kaliforniyalı polisdən şikayət etdi. Polis bu xanımın baş örtüyünü zorla başında açmaq istəyib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Middle East Eye" (MEE) xəbər və informasiyaportalına istinadla verdiyi xəbərə görə,müsəlman xanım onun hicabına təcavüz edən kaliforniyalı dələduz polisdən şikayət etdi. Polis bu xanımın baş örtüyünü zorla başında açmaq istəyib.
Xanım Kristi Pavel bu xəbəri elan edərək dedi: Əvvəlcə məni qadağan olunmuş yerdə maşın saxladığım üçün polis idarəsinə apardılar. Polis idarəsindəki məmurlardan biri mənə dedi ki, mənim hicab taxmaq haqqım da yoxdur və digər polis qüvvələrinin və cammatın gözü önündə zorla mənim baş örtüyümü başımdan çəkdi.
Xanım Yelda Səttar - Amerikanın İslami Əlaqələr Şurasının hüquqi nümayəndəsi, Kaliforniya polislərinin müsəlman xanımlara qarşı tətbiq etdikləri zorakı təftarları məhkum edərək bildirib ki, bu, hicablı müsəlman xanımlara qarşı irqçilik və radikallığın bir nişanə və nümunəsidir.
Xanım Kristi Pavel polis əleyhinə etdiyi şikayətə işarə edərək dedi: Mən istəyirəm ki, hicablı müsəlman xanımlar həmişə öz təhlükəsizliklərinin təmin olunduğunu hiss etsinlər, psixi sakitçilikləri olsunlar və həmçinin öz haqlarının əldə olunmasında israrlı olsunlar.