IQNA

İİR-nın 33-cü Beynəlxalq Quran Yarışları;

Müxtəlif ölkələrdən yarışlara qatılan iştirakçıların adları açıqlandı

17:06 - May 12, 2016
Xəbər sayı: 3480447
Tehran, 12.05.2016 – İranın Vəqflər Təşkilatının təşəbbüsü ilə keçirilən Beynəlxalq Quran-Kərim Yarışlarının 33-cü turunda müxtəlif ölkələrdən yarışlara qatılan iştirakçıların adları açıqlandı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Cümhuriyyətinin İranın Xeyriyyə İşləri və Vəqflər Təşkilatının təşəbbüsü ilə keçirilən Beynəlxalq Quran-Kərim Yarışlarının 33-cü turunda müxtəlif ölkələrdən yarışlara qatılan iştirakçılarının adları açıqlandı.

İran İslam Cümhuriyyətinin İranın Xeyriyyə İşləri və Vəqflər Təşkilatının Beynəlxalq Quran-Kərim Yarışlarının 33-cü turunun keçirilməsi komitəsi müxtəlif ölkələrdən yarışda iştirak edəcək nümayəndələrin adlarını açıqlayıblar.

Bu yarışlarda İran İslam Respublikasından Quran-Kərimin tilavəti üzrə Hamid Vəlizadə və Quran-Kərimin hifzi üzrə isə Müctəba Fərdfani iştirak edirlər.

Azərbaycan cümhuriyyətindən Quranın peşəkar qiraəti üzrə Anar Ağamirzəyev və Quran-Kərimin hifzi üzrə isə Kamal Məmmədov iştirak edirlər. Və bunu da vurğulayaq ki, Quranın peşəkar qiraəti üzrə təmsilçimiz bu gecə yarış kürsüsünə qalxaraq yarışların ilkin mərhələsində tilavət edəcəkdir.

Qeyd edək ki, İİR-nın beynəlxalq Quran yarışlarının 33-cü turunun açılış mərasimi dünən, həftənin 3-cü günü, "bir ümmət, bir kitab" şüarı altından İran İslam Şurası Məclisinin rəisi Dr. Əli Laricani, Tehranın meri Haşimi, İran Vəfqlər Təşkilatının rəisi Höccətul-İslam vəl-müslimin Əli Məhəmmədi və digər siyasi və dini şəxsiyyətlərin iştirakı ilə keçirildi.

http://iqna.ir/fa/news/3497095


captcha