IQNA

Tehranın GÜNƏŞ şəhərində Türkiyənin nəfis Quran nüsxələri sərgisi

9:32 - May 15, 2016
Xəbər sayı: 3480457
Terhan, 15.05.2016 – Türkiyə nəşriyyatları Beynəlxalq Kitab Sərgisində iştirak edir və dini mövzularda çap etdikləri müxtəlif nəşrlərini, o cümlədən Quran-Kərimin nəfis çap nüsxələrini sərgiləyirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin müxtəlif nəşriyyat müəssisələri Tehranın Beynəlxalq Kitab Sərgisində iştirak edir və müxtəlif mövzularda çap etdikləri kitabları, Quran və dini mövzularda çap etdikləri müxtəlif nəşrlərini, o cümlədən Quran-Kərimin nəfis çap nüsxələrini sərgiləyirlər.

Murad Yüksəl – Türkiyənin "Rinka" nəşriyyat evinin məsullarından biri və Tehran kitab rəsgisində eyni adlı sərgi salonunun məsulu, İQNA ilə müsahibəsində dedi: Bu salonda Quran-Kərim və bu müqəddəs kitabın müxtəlif dillərə, o cümlədən Fars və Türk dillərinə tərcüməsi sərgiyə qoyulmuşdur.

O əlavə etdi: Bədiuz-Zaman Səid Nursinin "Nur Risaləsi" adı ilə məşhur olan Quran təfsiri Türkiyənin mühüm təfsirlərindəndir və bu salonda sərgiyə qoyulmuşdur.

Murad Yüksəl – Türkiyənin "Rinka" nəşriyyat evinin məsullarından biri, dedi: Türkiyənin "Hizmət" və "Xeyrət" nəşriyyatının ölkədə məşhur olan Quran çapları da bu salonda sərgilənən Quran-Kərimin nəfis nüsxələrindəndir.

Türkiyənin "Rinka" nəşriyyat evinin məsulunun dediyinə görə, Türkiyə cümhuriyyətində 34 nəşriyyat Quran və Qurana aid əsərlərin çapı ilə məşğul olur.

Yüksəl sözlərinin davamında terroristlərin cinayətlərinə görə, Quran və İslam əleyhinə yaranmış mənfi fəzaya da işarə edərək dedi: Biz hamımız belə bir şəraitin yaranması və bu vəziyyətdən çıxmaq üçün məsuliyyət daşıyırıq və buna görə də Quran və İslamın həqiqi simasının tanıtdırılması üçün bacardığımız və lazım olan bütün işləri görməliyik.

O əlavə etdi: Bunun üçün isə ilk olaraq özümüzü islah etməli və çalışmalıyıq ki, nümunəvi müsəlman olaq, əməl və rəftarımız ilə insanlara nümunəvi müsəlman obarazını sərgiləməliyik. Sonra isə mövcud şərait və imkanlardan istifadə edərək Quran-Kərimə və Quran maarifinin yayılmasına xidmət etməliyik.

http://iqna.ir/fa/news/3497862


Teqlər: iqna ، kitab sərgisi ، türkiyə ، iran
captcha