IQNA

İran qalib oldu;

Qəlbinurların Beynəlxalq Quran Hizfi Yarışlarının qaliblərinin adları açıqlandı

7:36 - May 17, 2016
Xəbər sayı: 3480460
Tehran, 17.05.2016 – İslam dünyasında "Qəlbinurların Beynəlxalq Quran Hifzi Yarışları"nın ilk turu keçirildi və qaliblərin adları elan edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikası Beynəlxalq Quran Yarışlarının 33-cü turunun keçirilməsi ilə yeni vaxtda İslam dünyasında "Qəlbinurların Beynəlxalq Quran Hifzi Yarışları"nın ilk turu Quran kamil hifzi üzrə Tehranın "Böyük Müsəlla"sında keçirildi və yarışların sonunda qaliblərin adları elan edildi.

Quran-Kərimin kamil hifzi üzrə keçirilən "Qəlbinurların Beynəlxalq Quran Hifzi Yarışları"nın ilk turunda İran İslam Respublikasının təmsilçisi Əbdül-Qəfur Cövhərçi bu yarışların birinci yerini əldə etdi.

Bu yarışlarda iştirak edən Türkiyəli Ahmet Sarikaya ikinci yeri və Tunisli yarışçı Sabrin Məhəmməd Zəibi isə 3-cü yeri qazandılar.

Qeyd edək ki, Tehranın "Böyük Müsəlla"sında Quran-Kərimin kamil hifzi üzrə keçirilən "Qəlbinurların Beynəlxalq Quran Hifzi Yarışları"nın ilk turu təkmərhələli keçirildi və bu turun qalibləri bu gün, 33-cü turun qalibləri ilə eyni zamanda yekun mərasimində mükafatlandırılacaqlar.

Bunu da qeyd etmək istərdik ki, gözdən əlil insanlara hörmət əlaməti olaraq biz "kor" və ya "gözdən əlil və qüsurlu" sözünün əvəzinə "qəlbinur" sözündən istifadə edirik. 

http://iqna.ir/fa/news/3498382


captcha