Tehran, 29.05.2016 – İraq Müdafiə Nazirlyinin verdiyi açıqlamada İraqlı Silahlı Qüvvələrinin 24 saat ərzində 110 İŞİD terrorçusunu öldürdüyü qeyd olunub.

IQNA - Açıqlamada qeyd olunur ki, terrorçular Fəlluca və
Əl-Karma şəhərlərindəki əməliyyatlar zamanı zərərsizləşdirilib.
Bundan əlavə, terrorçulara məxsus zenit-pulemyot qurğusu və 18 zirehli texnika sıradan çıxarılıb.
Xatırladaq ki, İraq ordusu mayın 23-də ölkənin Ənbar
vilayətində yerləşən Fəlluca şəhərinin İŞİD terrorçularından azad edilməsi
istiqamətində əməliyyatlara başlayıb.