IQNA

Vahid Şəri Təqvimin yaradılması İslam Ümmətinin Vəhdətinə səbəb olacaqdır

8:08 - May 30, 2016
Xəbər sayı: 3480506
Tehran, 30.05.2016 – Nöman Qurtulmuş "Beynəlxalq Vahid Təqvim Konqresi"ndə çıxışı zamanı Vahid Şəri Təqvimin yaradılmasının İslam Ümmətinin Vəhdətinə səbəb olacağını vurğulayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nöman Qurtulmuş – Türkiyə Baş Nazirinin müavini, "Beynəlxalq Vahid Təqvim Konqresi"ndə çıxışı zamanı Vahid Şəri Təqvimin yaradılmasının İslam Ümmətinin Vəhdətinə səbəb olacağını vurğulayıb.

Türkiyənin ZAMAN qəzetinin verdiyi məlumata görə, keçən həftənin şənbə günü, may ayının 28-də, Türkiyənin İstambul şəhərində bütüm İslam Dünyası və Qəb ölkələrindən olan alim, astronom və ruhanilərin iştirakı ilə keçirilən "Beynəlxalq Vahid Təqvim Konqresi"ndə çıxış edən Nöman Qurtulmuş – Türkiyə Baş Nazirinin müavini, çıxışızı zamanı deyib ki, Vahid Şəri Təqvimin yaradılması İslam Ümmətinin Vəhdətinə səbəb olacaqdır.

Nöman Qurtulmuş – Türkiyə Baş Nazirinin müavini, bu konqresdəki çıxışında müsəlmanlar arasında vahid dini təqvimin yaranmasının zəruriliyinə işarə edərək dedi: Hilalın (yeni ayın) görünməsi və ya vahid şəri təqvimin yaradılması siyasi bir məsələ deyil və bu məsələ (vahid dini təqvimin yaradılması) İslam dünyasında birliyin yaranmasına zəmin yarada bilər.

Türkiyə Baş Nazirinin müavini vurğuladı: Əslində müxtəlif irq və məzhəblərin mövcudluğu İslam dünyasında və müsəlmanlar arasında təfriqə və ixtilafa səbəb olmamalıdır, amma təəssüflər olsun ki, biz bu günün bunun şahidiyik. Bəlkə də elmi bir qaydaya əsaslanan vahid bir şəri təqvimin yaradılması ilə İslam ümməti arasında yaranan təfriqə və ixtilafın qarşısını almaq oldu.

Nöman Qurtulmuş – Türkiyə Baş Nazirinin müavini, öz çıxışın davamında dedi: Bu məsələ tam elmi müstəvidə və heç bir siyasi marağın dəxaləti olmadan həyata keçirilməlidir. Bunun üçün də lazımdır ki, müxtəlif ölkəllərin dini və elmi heyətləri əməkdaşlıq etsinlər ki, sonda da vahid bir nəticə əldə edilə bilsin.

Qeyd edək ki, İslam dünyasının bəzi alim və ruhaniləri bildiriblər ki, vahid dini təqvimin yaradılması üçün beş illik zaman fürsətinə hetiyac duyulur.

http://iqna.ir/fa/news/3502018


captcha