IQNA

Mehdi Rza İQNA-ya xəbər verdi:

Xorvatiyanın beynəlxalq Quran yarışlarında Əbul-Qasimi hakimlik edəcək

6:07 - May 31, 2016
Xəbər sayı: 3480510
Tehran, 31.05.2016 – İİR-nın Mədəni Əlaqələr Mərkəzinin rəhbəri dedi: Cari ilin Oktyabr ayında Xorvatiyanın hifz və qiraət üzrə ilk beynəlxalq Quran yarışları 45 ölkənin iştirakı ilə keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mehdi Rza – İran İslam Respublikasının Xorvatiyadakı Mədəni Əlaqələr Mərkəzinin rəhbəri, İQNA ilə müsahibəsində dedi: Cari ilin Oktyabr ayında Xorvatiyanın ilk beynəlxalq Quran-Kərim yarışları hifz və peşəkar qiraət ixtisasları üzrə 45 ölkənin, o cümlədən İranın iştirakı ilə Zagreb şəhərinin İslam Mərkəzində keçiriləcəkdir.

İİR-nın Xorvatiyada Mədəni Əlaqələr Mərkəzinin rəhbəri bu xəbəri elan edərək vurğuladı: Sentyabr ayının 29-dan başlayaraq Oktyabr ayının ilk günlərindək davam edəcəkdir.

Mehdi Rza əlavə etdi: Bu yarışlar İslam dininin Xorvatiyada rəsmi qəbul olunmasının 100 illik yubleyi mərasimi proqramları yönündə keçirilir və Xorvatiya dövləti bu yarışları himayə edəcək.

İranın Xorvatiyada Mədəni Əlaqələr Mərkəzinin rəhbəri dedi: İranın beynəlxalq dərəcəli Quran ustadı və peşəkar Quran qarisi Əhməd Əbul-Qasimi bu yarışlarda hakimlər heyətinin tərkibində olacaq və həmçinin İranın bir Quran qarisi və bir Quran hafizi yarışlarda iştirak edəcəkdir.

http://iqna.ir/fa/news/3501866


captcha