IQNA

Avropa Məhkəməsi hicab qadağasını təsdiqlədi

10:57 - June 01, 2016
Xəbər sayı: 3480515
Tehran, 01.06.2016 – Avropa Ədalət Məhkəməsi iş yerlərində “dini və ideololoji tərəfsizlik prinsipinin tələbi” olaraq qadın işçilərə hicab qadağası tətbiq edilə biləcəyinə qərar verib.

Avropa Məhkəməsi hicab qadağasını təsdiqlədi


IQNA - Qərar "G-4S Secure Solutions" adlı şirkətdən hicab taxmağa başladığı üçün işdən çıxarılan Belçika vətəndaşı olan Açibata adlı müsəlman qadının şirkəti məhkəməyə verməsindən sonra qəbul edilib.

Təzminat tələbilə açılan cinayət işinə Belçika İrqçilik Qurumu və müsəlman təşkilatları da dəstək verib.

Apellyasiya məhkəməsinə göndərilən iş daha sonra Avropa İttifaqının ən yüksək hüquq orqanı olan Lüksemburqdakı Avropa Ədalət Məhkəməsinə həvalə edilib.

Aİ Məhkəməsi isə şirkətin hicab qadağasını haqlı hesab edib. Qərarda iş yerinin dini və ya siyasi simvolları açıq-aşkar istifadə edilməsi mövzusunda qaydası olduğu halda bunu tətbiq etməli olduğuna işarə edilib.

İş yerinin siyasi və dini mövzularda tərəfsiz qalmaq məqsədilə qadın işçilərinə hicab qadağası tətbiq edə biləcəyi və bunun ayrıseçkilik olmadığı vurğulanıb.

http://eastnews.org/news/2216

captcha