IQNA

Moskvada Ramazan çadırının açılışı olacaq

14:15 - June 04, 2016
Xəbər sayı: 3480522
Tehran, 04.06.2016 – Müqəddəs Ramazan ayının gəlişi dünyanın bütün ölkələrində yaşayan müsəlmanların sevinci ilə qarşılanır.


Moskvada Ramazan çadırının açılışı olacaq

IQNA - Rusiyanın paytaxtı Moskvada da Ramazana hazırlıq işləri aparılır. Şəhərin mərkəzi məscidinin qarşısında bu ayla əldaqədar olaraq, hər gün təxminən 700 nəfərin iftarını verməsi üçün nəzərdə tutulmuş çadır qurulub.

İyunun 6-sı Moskvanın Memorial məscidində "Ramazan çadırı 2016" nın açılış mərasimi keçiriləcək.

Rəsmi olaraq "Ramazan çadırı" 7 iyundan 4 iyula kimi (Orucluq bayramına kimi) öz qonaqlarını qəbul edəcək. Təşkil olunmuş "Ramazan çadırı"nı 20 000 insan ziyarət edə biləcək. Çadırın salınan ərazi 700kv metirə bərabərdir.

Qeyd edək ki, artıq 10 ildən çoxdur ki, Moskvada iftar çadırı qurulur.

Maide.az

captcha