
IQNA
- Mərasimdə ilahiyyatçı alimlər, ziyalılar, o cümlədən inanclı insanlar iştirak
edib.Məclis Qurani-kərimin oxunması ilə başlayıb.
Mərasimdə çıxış edənilahiyyatçı alim Hacı Samir Ağayev bildirib ki,"Təfsir Məclisi" insanlara Quranı düzgün şəkildə dərk etdirmək, onun bütün ayələrini düzgün anlamaqdan ötrü təşkil olunur: "Əgər biz Quranı düzgün şəkildə bilmək istəyiriksə, mütləq təfsir elminə müraciət etməliyik. Təfsirsiz Quranı bilmək mümkünsüzdür. Quranın yolu düzgün təfsiri bilməkdən keçir."
Mərasimdə çıxış edən digər ilahiyyatçılar vurğulayıblar ki, Quran elmləri arasında təfsir, ən geniş sahədir. Təfsir ərəb dilindən tərcümədə "izah etmək, açıqlamaq, hansısa bir şeyin örtüyünü götürmək” mənasını verir.İlahi kəlamın izah və açıqlanması Peyğəmbərdən (s) başlayaraq bu günə qədər davam edib.
Ümumiyyətlə isəbu vaxta qədər Quranın müxtəlif təfsir metodları olub. İlk təfsirçi Allahın Özü, sonra Həzrət Rəsulallah (s), daha sonra isə Quranın özü olub. Bundan sonra Peyğəmbər (s) fani dünyanı tərk etdikdən sonra səhabələr tərəfindən təfsirlər irəli sürülüb, daha sonra isə tabeinlər.
Mərasimin sonunda qeyd olunub ki, bu kimi məclislər bundan sonra da davam etdiriləcək.
İslamazeri