IQNA

Bəhreyndə siyasi məhbuslar aclıq aksiyasına başlayıb

11:07 - June 08, 2016
Xəbər sayı: 3480536
Tehran, 08.06.2016 - Bəhreynin Əl-hozul-Caf mərkəzi həbsxanasında saxlanılan siyasi məhbuslar aclıq aksiyasına başlayıb.
Bəhreyndə siyasi məhbuslar aclıq aksiyasına başlayıb

IQNA - Məhbuslar həbsxana nəzarətçilərinin pis rəftarlarına, həbsxanadakı bərbad vəziyyət və istəklərinin yerinə yetirilməməsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

Qeyd edəkki, Bəhreyn rejiminin zorakılıqları artdığına görə bu ölkənin beş insan haqları təşkilatı rejimin siyasi məhbuslar və fəallara qarşı zorakılıqlarını pisləyiblər. (maide.az)

captcha