
IQNA - İmam cümə ilk öncə Mübarək Ramazan ayının fəziləti
və əməllərindən danışıb.
Daha sonra xarici düşmən qədər daxili düşmənin də tanınmasında addımlar atılmasının zəruriliyindən danışan Ayətullah Müvəhhidi Kermani"Şeytan və nəfsimiz bizim düşmənimizdir və müxtəlfi planları vardır. Onlara uymamaq üçün çox diqqətli olmalıyıq. İnsan bu planları aşkar etməli və öz zəyif cəhətlərini tapmalıdır.”, -deyə bildirib.
Sözlərinin davamında İslam inqilabını təhdid edən məsələlərə toxunan Ayətullah Kermani deyib: "Bizi əsas 2 məsələ təhdid edir və qorxudur; cəhalət və zülmə məruz qalmaq. Ölkə rəsmiləri düşmənin hiylələrinə aldanmasınlar və ABŞ-ın mədəniyyət, siyasət bə iqtisadiyyatını icra etməyə çalışmayın. Bu, rəhbərimizin bildirdiyini böyük cihaddır."
İmam cümə Səudiyyənin mülkü vətəndaşlara qarşı yeni hücumları da tənqid edərək "Allahdan qırılıb, ABŞ-a bağlanan Səud rejiminin aqibətinin şahidi oldunuz. Bu rejiminin gündəlik işlərindən biri terror qruplaşmaları dəstəkləmək olub; bu barədə ABŞ və İsrail rejiminə tabedir. Bu bizim üçün ibrət olmalıdır. Allahdan ayrılan insanın üzləşdiyi aqibət budur.”, - deyə əlavə edib.
İslamazeri.az